İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
7 Fevral 10:36
2 464
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton üçün əsas şərt İranın nüvə silahına sahib olmamasıdır.
APA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Ən vacib məsələ odur ki, nüvə silahı olmayacaq. Əgər biz bu razılaşmanı iki il əvvəl əldə edə bilsəydik, yaxşı olardı. Amma onlar buna razı deyildilər. İndi isə razıdırlar”, – Tramp qeyd edib.
O vurğulayıb ki, İran hazırda bir il yarım əvvəl olduğundan daha geniş güzəştlərə getməyə hazırdır.
Tramp əlavə edib ki, əgər Tehran bu cür razılaşmanı danışıqların əvvəlində təklif etsəydi, sənəd dərhal qəbul olunardı.