Hindistan neft qaçaqmalçılığı şübhəsi ilə üç tanker saxlayıb Gündəm

Hindistan neft qaçaqmalçılığı şübhəsi ilə üç tanker saxlayıb

Hindistan Sahil Mühafizəsi neftin qanunsuz daşınmasında şübhəli bilinən üç tankeri saxlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə xidmətin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Bildirilir ki, 6 fevral tarixində Hindistan Sahil Mühafizəsi diqqətlə planlaşdırılmış dəniz və hava əməliyyatı zamanı beynəlxalq neft qaçaqmalçıları şəbəkəsinin fəaliyyətinin qarşısını alıb.

Məlumata görə, Mumbay şəhərindən təxminən 100 dəniz mili qərbdə “üç şübhəli gəmi” saxlanılıb.

“Ətraflı yoxlama, elektron məlumatların təsdiqlənməsi və ekipaj üzvlərinin dindirilməsi nəticəsində fəaliyyət sxemi və təşkilatçıların qlobal şəbəkəsi üzə çıxarılıb. Adlarını tez-tez dəyişdirdiyi məlum olan gəmilər sonrakı hüquqi tədbirlər üçün Mumbaya müşayiət olunur”, — deyə açıqlamada qeyd olunub.

Məryəm Quliyeva