Rusiya Odessaya kütləvi hava zərbəsi endirib, ölən və yaralananlar var Dünya

Rusiya Odessaya kütləvi hava zərbəsi endirib, ölən və yaralananlar var

Rusiya ordusunun Odessa şəhərinə dronlarla kütləvi hücumu nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb.

APA “UNIAN“a istinadən xəbər verir ki, bu barədə Odessa şəhər administrasiyasının rəhbəri Sergey Lısak məlumat yayıb.

Onun bildiridiyinə görə, zərbə nəticəsində 35 yaşlı kişi həyatını itirib, 19 yaşlı qız da daxil olmaqla iki nəfər yaralanıb. Bundan əlavə, çoxmərtəbəli binada, və qeyri-yaşayış binasında yanğın qeydə alınıb, qaz xətti zədələnib, avtomobillərə zərər dəyib.