13:23
651
Fələstin Dövləti bazar günü, İsrail kabinetinin işğal olunmuş Fələstin torpaqlarına qarşı cinayət xarakteri daşıyan bir sıra qərarları təsdiqləməsini rədd edir.
Bu barədə xalqcebhesi.az-a Fələstinin Azərbaycandakı səfirliyindən daxil olan məlumatda deyilir.
Qeyd olunub ki, Fələstin Dövləti İsrailin müstəmləkəçi məskunlaşdırma siyasəti vasitəsilə yeni reallıq yaratmaq, işğal olunmuş Fələstin torpaqlarının, o cümlədən Qüds şəhərinin hüquqi statusunu və mövqeyini dəyişdirmək istiqamətində davam edən cəhdlərini pisləyir.
Fələstin Dövləti vurğulayır ki, İsrailin Fələstin Dövlətinə məxsus işğal edilmiş şəhər və ərazilərin heç birinə münasibətdə suverenliyi yoxdur və o, işğalçı qüvvə kimi qüvvədə olan qanunları ləğv etmək və ya dəyişdirmək üçün heç bir hüquqi səlahiyyətə malik deyil.
Fələstin Dövləti hesab edir ki, bu təsdiq bütün elementləri ilə tam tərkibli müharibə cinayətinin törədiləcəyinə dair bir elan xarakteri daşıyır və dövlətləri və beynəlxalq qurumları bu cinayəti rədd etməyə və pisləməyə, həmçinin onun icrasında iştirak edən və həyata keçirilməsinə cəlb olunmuş “məskunlaşdırma idarəsi” adlandırılan qurum və İsrail işğalının digər rəsmi strukturları barəsində cinayət istintaqı aparılmasını tələb edir.
Fələstin Dövləti bildirir ki, bu qərarlar işğal olunmuş Fələstin torpaqlarının faktiki ilhaqı deməkdir və bu, beynəlxalq hüququn və beynəlxalq legitimlik qərarlarının kobud şəkildə pozulmasıdır.
Eyni zamanda, Fələstin Dövləti ABŞ administrasiyasını, başda Prezident Donald Tramp olmaqla, məsələyə dərhal müdaxilə etməyə və təhlükəsizliklə sabitliyi təhdid edən, sülh imkanlarını sarsıdan bu qərarlardan geri çəkilməsi üçün İsrail işğal hökumətinə təzyiq göstərməyə çağırır.
Cavid