Niderland Senatının sabiq sədri İlham Əliyevə məktub ünvanladı
Qeydiyyata alınmamış qrantlara görə cərimə tətbiq edəcək orqanlar müəyyənləşib
Rusiya Dəmir Yolları: Azərbaycandan keçməklə Ermənistana taxıl daşınması müntəzəm hal alıb
Əl-Yammahi: Ərəb dünyası Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir
9 Fevral 17:40
1 680
ABŞ Hind okeanında Amerika sanksiya rejiminin pozulmasında şübhəli bilinən bir tankeri ələ keçirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pentaqonun "X" platformasında yayımlanan bəyanatında bildirilib.
Məlumata görə, ABŞ hərbçiləri ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının məsuliyyət zonasında Aquila II adlı gəmidə “heç bir insidentsiz yoxlama, ələ keçirmə və bortuna çıxma əməliyyatı” həyata keçiriblər.
Bəyanatda iddia olunur ki, tanker Karib hövzəsində sanksiyalara məruz qalmış gəmilərə tətbiq edilən “karantin rejimini” pozaraq fəaliyyət göstərib.
Pentaqonun açıqlamasında qeyd olunub ki, ABŞ Silahlı Qüvvələri tankeri Karib hövzəsindən Hind okeanına doğru hərəkəti zamanı “izləyib və təqib edib”.
Ələ keçirilən gəmi ilə bağlı əlavə detallar açıqlanmayıb.
Məryəm Quliyeva