ABŞ-la Ermənistan nüvə enerjisi sahəsində əməkdaşlığa dair memorandum imzalayıb Dünya

ABŞ-la Ermənistan nüvə enerjisi sahəsində əməkdaşlığa dair memorandum imzalayıb

ABŞ-la Ermənistan arasında nüvə enerjisi sahəsində dinc əməkdaşlığa dair memorandum imzalanıb.

APA xəbər verir ki, sənədi Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-ın vitse-prezidenti Cey Di Vens imzalayıb.

Sənəd iki ölkənin nüvə enerjisi sahəsində gələcək strateji qarşılıqlı fəaliyyətinin hüquqi əsasını təşkil edir.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistanda səfərdədir.