İsrail Hərbi Hava Qüvvələrinin komandanı İrana qarşı əməliyyatlarda iştirak edib
Tramp: Üç gündə İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisini məhv etdik
Liviya Prezident Şurasının Sədri Azərbaycan liderinə zəng edib, İranın hücumunu qınayıb
Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır
10 Fevral 10:38
1 393
Moskva İrəvanla TRIPP layihəsində iştirakının parametrləri ilə bağlı dialoq imkanlarını nəzərdən keçirir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" nəşrinə müsahibəsində deyib.
Diplomat qeyd edib ki, Rusiya tərəfi bu təşəbbüsə dair mövqeyini qoruyur, lakin Ermənistan-ABŞ layihəsinin detalları hələ də diqqətlə araşdırılmalıdır.
“Regionda Rusiya dəmir yolu istifadə edilir. İran-Ermənistan sərhədində bizim sərhədçilərimiz yerləşir. Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünü də nəzərə almaq lazımdır. Bu şəraitdə aydındır ki, Rusiya olmadan tərəfdaşlar bu işi həll edə bilməzlər”, – Qaluzin vurğulayıb.
Qaluzin vurğulayıb ki, Rusiya İrəvandakı tərəfdaşları ilə məsləhətləşmələrə hazırdır və bu nəqliyyat dəhlizinin həyata keçirilməsində Moskvanın iştirakının konkret formalarını müzakirə etməyi planlaşdırır.