SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
10 Fevral 11:48
1 736
Qazaxıstan superprezidentlik idarəetmə formasından tamamilə imtina edir.
APA “Tengrinews”ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin genişləndirilmiş iclasında bildirib.
O, yeni Konstitusiya layihəsində yer alan qaydaların Qazaxıstanın siyasi sisteminin inkişafının ardıcıl və məntiqli şəkildə irəliləməsini təmin etdiyini və "Güclü Prezident – Nüfuzlu Parlament – Hesabatlı Hökumət" konsepsiyasına əsaslandığını vurğulayıb.
Tokayevin sözlərinə görə, son illərin siyasi islahatları Qazaxıstanın superprezidentlik idarəetmə formasından tamamilə əl çəkdiyini və güclü, təsirli parlamentlə prezident respublikasına keçdiyini göstərir.
Tokayev qeyd edib ki, təklif olunan dəyişikliklər bu prosesi təbii şəkildə davam etdirir və son illərdəki siyasi islahatlarla, 2022-ci il Konstitusiya islahatı da daxil olmaqla, ölkənin konstitusion əsaslarının tamamilə yenidən qurulması zərurətini ortaya qoyur: “Əslində, burada söhbət yeni bir dövlət idarəetmə sistemi qurulmasından gedir. Təklif olunan yeniliklər, hakimiyyət səlahiyyətlərinin yenidən bölüşdürülməsinə, balanslı sistemin gücləndirilməsinə və ən əsası, bütün siyasi institutların effektivliyinin və dayanıqlığının artırılmasına imkan verəcək. Yeni Konstitusiya layihəsində “insan dövlət üçün deyil, dövlət insan üçün” prinsipi daha real şəkildə formalaşıb. Bu, 2019-cu ildən bəri ardıcıl olaraq irəlilədiyimiz bir hədəfdir”.
3 Aprel 22:35
987
3 Aprel 20:46
952
3 Aprel 19:21
1 022