Makron Hindistana üç günlük səfər edəcək Dünya

Makron Hindistana üç günlük səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron 17-19 fevral tarixlərində Hindistana səfər edəcək.

Bu barədə bu gün Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Makron Baş nazir Narendra Modi ilə danışıqlar aparacaq.

Fransa Prezidenti gələn həftə Nyu-Dehlidə keçiriləcək süni intellektlə bağlı sammitdə iştirak edəcək.

Məlumata görə, Modi və Makron Hind-Sakit Okean regionunda əməkdaşlıq da daxil olmaqla, qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə edəcəklər.