Kreml: Rusiya "Sülh Şurası"nın ilk iclasında iştirak etməyi planlaşdırmır
Rəşad Nəbiyev: Kibertəhlükəsizliklə bağlı bütün çağırışlar yaxın vaxtlarda həyata keçiriləcək
Nazir: Startapların maliyyələşməsi ilə bağlı qanun yaxın aylarda qəbul edilə bilər
Rəşad Nəbiyev: IT sahəsində ixracımız 100 mln. dollar ətrafındadır
18:48
819
Rusiya Dövlət Dumasının deputatı, Ədalətli Rusiya partiyasının sədei Sergey Mironov Teleqram messencerinin bloklanmasının əleyhinə çıxıb.
APA-nın Moskva bürosu xəbər verir ki, siyasətçi mesencerin məhdudlaşdıranları əclaflar adlandırıb.
"Teleqramı əclaflar məhdudlaşdırır! Kim bunu edirsə, SVO-ya getsin. Bu messencer ön cəbhədə yeganə əlaqə vasitəsidir. Kimsə qərar verir ki, messenceri yavaşıtmaq lazımdır. Bunu axmaqlar edir. Bu, sadəcə, təxribat deyil, xəyanətdir. Orada insanlar Rusiya üçün, rus dünyası üçün ölür, bəs siz nə edirsiniz? Ağlınızı başınıza alın!", - Mironov bildirib.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov Teleqramın məhdudlaşdırılmasına təəssüfləndiyini, lakin messencerin Rusiya qanunlarına tabe olmalı olduğunu söyləyib.