Ukrayna Ali Radasında 20-yə yaxın deputat zəhərlənib Dünya

Ukrayna Ali Radasında 20-yə yaxın deputat zəhərlənib

Ukrayna Ali Radasında deputatlar zəhərlənib.

Bu barədə “Ukrinform“ agentliyi məlumat yayıb.

Məlumata görə, təxminən 20-yə yaxın deputatda yüksək hərarət və ürəkbulanma müşahidə olunub.

Radadan verilən açıqlamada hadisə ilə bağlı araşdırmalara başlanıldığı, parlamentin yeməkxanasında yoxlamalar aparıldığı bildirilib.