“NATO-nun strateji əhəmiyyəti dəyişmir”
13 Mart 21:31
13 Mart 21:31
13 Mart 21:24
13 Fevral 20:51
2 387
Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin 12 fevralda Türkiyə əleyhinə qəbul etdiyi qərarları əsassız adlandırıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, nazirliyin yaydığı bəyanatda Avropa Parlamentinin Türkiyənin daxili işlərinə müdaxilə etdiyi vurğulanıb.
“Avropa Parlamentinin 12 fevralda qəbul etdiyi və ölkəmizi hədəf alan əsassız iddiaları qətiyyətlə rədd edirik. Qərarlar Türkiyənin Suriyanın sabitliyindəki rolunu görməzdən gəlir, ifadə və dini azadlıqlarla bağlı iddialar isə reallığa uyğun deyil. Heç bir xarici qurum ölkəmizdəki məhkəmə proseslərinə müdaxilə edə bilməz. Bu yanaşma Türkiyə - Aİ münasibətlərinin ruhuna ziddir və Avropa Parlamentini daha konstruktiv mövqe tutmağa çağırırıq”, - bəyanatda deyilir.
13 Mart 23:01
1 022
13 Mart 21:22
1 015
13 Mart 21:22
987