09:19
1 141
Trampın İranın nüvə proqramı ilə bağlı rəsmi Tehrana ünvanladığı tələblər onun əsil niyyətini ört-basdır etmək istəyindən irəli gəlir. Tramp Fars körfəzini bağlayaraq həm İranı, həm də Avropanı enerji əməkdaşlığı ilə baglı mənfətdən məhrum etmək, Avropanı ABŞ-ın enerji asılılığlnda saxlamaq, Hindistanı Rusiya neftindən imtina etməyə razı salmaq istəyir, bunun müqabilində o Hindistana təxminən 400 min barrel Venesuela nefti təklif edir, məqsəd isə Hindistanı Rusiya neftini almaqdan çəkindirməkdir.
Bunu xalqcebhesi.az-a politoloq Elşən Manafov deyib:
"Zira Tramp bu yolla Rusiyanı neft və qazın satışından əldə etdiyi gəlirlərdən məhrum etmək istəyir. Trampa görə Rusiyanın məlum gəlirlərdən məhrum olması onu Ukraynaya qarşı apardığı müharibəni maliyyə çətinlikləri ilə bağlı dayandırmağa məcbur edəcək. Lakin Hindistan Rusiyadan gündəlik 1 milyon 400 min barrel neft alır və haqlı olaraq bu ehtiyacını hansı yolla ödəyə biləcəyi ilə bağlı sorğu ünvanlayır.
Məhz bu problemi həll etmək üçün Tramp Tehranla məxfi danışıqlar aparmaq, sonda isə Rusiya və Çində İrana münasibətdə etimadsızlıq sindromu doğurmaq istəyir.
Tehranın səmimiyyətinə gəlincə dövlətlərarası menasibərlər səmimiyyət müstəvisi üzərundə deyil, qarşılıqlı maraq və güzəşt mestəvisi üzərində qurulur.
Rəsmi Tehran artıq bir neçə dəfə nüvə çalışmalarlndan imtina etməyəcəyini, bunu özünün suveren huququ olduğunu bildirib. Rəsmi Tehran İsrail sionizmini birmənalı şəkildə dəstəkləyən Trampın əsl məqsədinin İrandakı islamçı rejimi yıxmaq, pəhləvilərin hakimiyyətini bərpa etmək niyyətinin mahiyyətinə varır".
Cavid