16 Mart 19:53
16 Mart 19:28
16 Fevral 12:44
1 799
Macarıstan müxalifəti Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş üzvlüyünü dəstəkləmir.
Bunu Macarıstanda müxalif “Tisza” partiyasının lideri Peter Maqyar deyib.
O bildirib ki, Polşa Baş naziri Donald Tusk və digər Avropa liderləri bu məsələdə həmfikirdirlər.
“Aİ liderlərinin bir çoxunun mövqeyi budur ki, bütün namizəd ölkələr Aİ-yə qəbul edilməzdən əvvəl Kopenhagen kriteriyasına cavab verməlidir”,- Maqyar bildirib.
Qeyd edək ki, 1993-cü ildə qəbul edilən Kopenhagen kriteriyası Aİ-yə üzv olmaq istəyən ölkələrin siyasi, iqtisadi və qanunvericilik baxımından ödəməli olduğu şərtlərin məcmusudur.
16 Mart 22:50
714
16 Mart 22:49
714
16 Mart 22:47
714