11:10
1 001
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər 57 xarici vətəndaşı deportasiya edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
DİN-in məlumatına görə, Gürcüstandan Azərbaycan, Ermənistan, Belarus, Böyük Britaniya, Misir, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Çin, Kuba, Moldova, Sudan, Nigeriya, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşları çıxarılıb.
Qeyd olunan şəxslərin respublikaya girişi qadağan edilib.
Gürcüstanda son zamanlar qeyri-qanuni miqrantlarla mübarizə aktiv aparılır. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirib, deportasiya prosedurlarını və miqrantların axtarışını asanlaşdırıb. Hər ay Gürcüstan DİN-i onlarla xarici vətəndaşın ölkədən çıxarıldığını bildirir.
Məryəm Quliyeva