İsrail Hərbi Hava Qüvvələrinin komandanı İrana qarşı əməliyyatlarda iştirak edib
Tramp: Üç gündə İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisini məhv etdik
Liviya Prezident Şurasının Sədri Azərbaycan liderinə zəng edib, İranın hücumunu qınayıb
Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır
17 Fevral 21:15
1 638
ABŞ administrasiyası Cenevrədə İranla nüvə dosyesi üzrə dolayı danışıqların ikinci raundunu məhsuldar hesab edir və Tehranın iki həftə ərzində qalan məsələlərin həlli üçün təkliflər təqdim etməsini gözləyir.
Bu barədə “X” hesabında “Axios” portalının və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid məlumat verib.
"İranla danışıqlarda irəliləyiş əldə edilib. Lakin bir çox detallar hələ də müzakirə olunmalıdır. İranlılar iki həftə ərzində bəzi həll olunmamış məsələlərin həlli üçün ətraflı təkliflər təqdim edəcəklərini bildiriblər", - o, bildirib.