Rusiyada şəxsi vertolyot havaya qalxandan bir müddət sonra itib Dünya

Rusiyada şəxsi vertolyot havaya qalxandan bir müddət sonra itib

Rusiyanın Amur vilayətində şəxsi vertolyot itib.

APA xəbər verir ki, ilkin məlumatlara görə, Amaranka kəndi yaxınlığındakı ağac kəsmə sahəsindən qalxan Robinson R44 vertolyotla əlaqə qurmaq mümkün olmayıb.

Vertolyotun göyərtəsində dörd nəfərin olduğu bildirilir. Onun yeri ilə bağlı hələ də məlumat əldə etmək mümkün olmayıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Amur bölgəsi üzrə Baş İdarəsinin xüsusi qrupu və xilasediciləri hadisə yerinə göndərilib.

Axtarış işlərinə 36 nəfər şəxsi heyət və 12 texnika, o cümlədən üç motorlu xizək və bir pilotsuz uçuş aparatı cəlb olunub.