ABŞ-ın İrana qarşı hərbi əməliyyatı bir neçə həftə davam edə bilər Dünya

ABŞ-ın İrana qarşı hərbi əməliyyatı bir neçə həftə davam edə bilər

ABŞ silahlı qüvvələri Yaxın Şərqdə İrana qarşı bir neçə həftəlik hava kampaniyası aparmaq üçün kifayət qədər qüvvə toplayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Pentaqonun keçmiş əməkdaşlarının qiymətləndirmələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ qüvvələrinin toplanmasının miqyası və sürəti “İrana hücumu getdikcə daha mümkün edir”. Analitiklər ABŞ Prezidenti Donald Tramp-ın İrana nüvə razılaşması üçün “maksimum 15 gün” vaxt verdiyi xəbərdarlığına da diqqət çəkiblər.

Vaşinqtondakı Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin (CNAS) hərbi strategiya üzrə eksperti Bekki Vasser bildirib ki, ABŞ Trampın seçki kampaniyasında “sonsuz müharibələrə son qoymaq” vədinə baxmayaraq, daha uzunmüddətli münaqişəyə cəlb oluna bilər.

Məryəm Quliyeva