19:58
840
Gürcüstan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) növbəti ildə sədrliyinə namizəd ölkə ola bilər.
APA-nın yerli bürosu xəbər verir ki, bu məsələ Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze və ATƏT-in Baş katibi Feridun Sinirlioğlu arasında keçirilmiş görüşdə müzakirə olunub.
Tərəflər təhlükəsizlik məsələlərini və Gürcüstandakı daxili siyasi prosesləri də nəzərdən keçiriblər.
Qeyd edək ki, Sovakiya Gürcüstanın ATƏT-ə mümkün sədrlik məsələsini bu yaxınlarda qaldırıb. Ölkənin xarici işlər naziri Yuray Blanar gürcü həmkarı Maka Boçorişvili ilə Bratislavada keçirdiyi görüşdə bildirib ki, Gürcüstan təhlükəsizlik məsələsinə böyük töhfə verə bilər.
Xatırladaq ki, ATƏT-ə sədrlik bir il müddətində quruma üzv olan dövlət tərəfindən həyata keçirilir. Bu il təşkilata sədrlik İsveçrəyə məxsusdur.