Türkiyədə 11 avtomobilin iştirakı ilə zəncirvarı yol qəzasında 20 nəfər yaralanıb Dünya

Türkiyədə 11 avtomobilin iştirakı ilə zəncirvarı yol qəzasında 20 nəfər yaralanıb

Türkiyənin Ərzurum vilayətində 11 avtomobilin iştirakı ilə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, hadisə zamanı TIR-a çırpılan sərnişin avtobusu aşıb.

Nəticədə ümumilikdə 20 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.

Türkiyədə 11 avtomobilin iştirakı ilə zəncirvarı yol qəzasında 20 nəfər yaralanıbTürkiyədə 11 avtomobilin iştirakı ilə zəncirvarı yol qəzasında 20 nəfər yaralanıb