21:19
630
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Aİ ölkələrinin xarici işlər nazirlərinin Ukraynaya 90 milyard avro məbləğində maliyyə ayrılması planını təsdiqləyə bilmədiyini bildirib.
Diplomat bu barədə nazirlərin görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.
“Nazirlər Ukrayna üçün 90 milyard avro həcmində kredit üzrə razılığa gələ bilmədilər”, – deyə Kallas qeyd edib və əlavə edib ki, müzakirələr davam etdiriləcək.
“B” planının olub-olmaması ilə bağlı suala cavab verən Kallas bildirib ki, Avropa Komissiyasının ilkin planı Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək idi.
“Avropa Komissiyasının "A" planı Rusiya aktivlərindən istifadə etmək idi. Ola bilsin ki, indi bu plan "B" planı olmalıdır”, – deyə o vurğulayıb.