Tramp: ABŞ Venesueladan 80 milyon bareldən çox neft alıb Dünya

Tramp: ABŞ Venesueladan 80 milyon bareldən çox neft alıb

Venesuela ABŞ-a dünya bazarında satılması üçün 80 milyon barel neft təhvil verib.

“APA-Economics” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trump Konqresdə çıxışı zamanı bildirib.

“Biz yenicə yeni dostumuz və tərəfdaşımız Venesueladan 80 milyon bareldən artıq neft almışıq”, – deyə Donald Tramp vurğulayıb.

O əlavə edib ki, ABŞ-da neft hasilatı sutkada 600 min bareldən çox artıb.