26 Fevral 17:41
26 Fevral 17:40
26 Fevral 16:30
08:15
728
ABŞ ordusu Yaxın Şərqdə hərbi varlığını artırdığı üçün daha altı ABŞ hərbi yanacaqdoldurma təyyarəsinin İsrailə enişi gözlənilir.
Bu barədə İsrailin i24 televiziya kanalı mənbələrə və mütəxəssislərə istinadən məlumat yayıb.
Məlumata görə, altı ABŞ yanacaqdoldurma təyyarəsinin Tel-Əvivdəki Ben Qurion Hava Limanına enişi gözlənilir.
Beş KC-46 təyyarəsi Nyu-Hempşirdəki Portsmut Beynəlxalq Hava Limanından, altıncısı isə Şimali Karolinadakı “Seymour Johnson” Hərbi Hava Qüvvələri Bazasından yola düşəcək.