17:41
707
Dubay Beynəlxalq Hava Limanında və Dubay World Central – Əl Maktum Beynəlxalq Hava Limanında bütün uçuşlar növbəti bildirişədək dayandırılıb.
Xalqcebhesi.az Dubay Aeroportunun media ofisinə istinadən verdiyi məlumata görə, Dubay Hava Limanları tərəfindən yayılan xəbərdarlıqda həm eniş, həm də qalxış reyslərinin dayandırıldığı təsdiqlənib.
Sərnişinlərə hazırda hava limanına getməmək və reyslərlə bağlı ən son məlumatları əldə etmək üçün birbaşa öz aviaşirkətləri ilə əlaqə saxlamaq tövsiyə olunub.
“Vəziyyəti izləməyə davam etdikcə, əlavə məlumatlar təqdim olunacaq”, - açıqlamada bildirilib.