17:57
770
ABŞ və İsrailin İrana qarşı davam edən hücumları və Tehranın cavab tədbirləri fonunda bəzi böyük neft şirkətləri və aparıcı ticarət evləri Hörmüz boğazı vasitəsilə xam neft və yanacaq daşımalarını dayandırıblar.
APA bu barədə “Asharq al-Awsat” ə istinadən xəbər verir.
Bildirilib ki, bununla bağlı dörd ticarət mənbəsi məlumat verib.
“Gəmilərimiz bir neçə gün yerində qalacaq,” – deyə iri ticarət şirkətlərindən birinin yüksək vəzifəli rəhbəri bildirib.