Oman XİN rəhbəri İrana hücumlardan məyus olub: Aktiv danışıqlar prosesinə zərbə dəydi Dünya

Oman XİN rəhbəri İrana hücumlardan məyus olub: Aktiv danışıqlar prosesinə zərbə dəydi

Omanın xarici işlər naziri Bədr əl-Busəidi İranda baş verən hadisələrdən narahatlığını ifadə edib.

APA xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib.

O, baş verənlərə görə məyus olduğunu qeyd edib. XİN rəhbərinin sözlərinə görə, aktiv və ciddi danışıqlar prosesinə zərbə dəyib.

Əl-Busəidi ABŞ-ı müharibəyə daha çox müdaxilə etməməyə çağırıb. O qeyd edib ki, bu, ABŞ-ın müharibəsi deyil.

“Nə ABŞ-ın maraqları, nə də qlobal sülh bu hadisədən fayda görəcək. Əzab çəkəcək məsum insanlar üçün dua edirəm", - XİN rəhbəri əlavə edib.