17:35
749
İranın ABŞ və İsrail hücumlarına cavab kampaniyası çərçivəsində Fars körfəzi bölgəsində həyata keçirdiyi hücumlar nəticəsində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 3 nəfər ölüb, 58 nəfər xəsarət alıb.
Bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik İrandan atılan 165 ballistik raketin aşkarlandığını, onlardan ikisi qanadlı raket olmaqla, 154-nün vurulduğunu açıqlayıb. Ümumilikdə 541 İran pilotsuz uçuş aparatı aşkarlanıb, onlardan 506-ı vurulub.
Hücumlar nəticəsində Pakistan, Nepal və Banqladeş vətəndaşları olan üç nəfər həlak olub.