Xarici donordan qrant alan bələdiyyələr üçün tələb müəyyənləşib Dünya

Xarici donordan qrant alan bələdiyyələr üçün tələb müəyyənləşib

Xarici donordan qrant alan bələdiyyələr üçün tələb müəyyənləşib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin əldə edilməsi və bundan sonra qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün xarici donor və ya müqavilə üzrə resipiyent (onların nümayəndəsi) tərəfindən müqavilə bağlandıqdan (qərar verildikdən) 30 (otuz) gün müddətində “bir pəncərə prinsipi” üzrə bələdiyyələrə (bələdiyyə orqanlarına) münasibətdə Ədliyyə Nazirliyinə müvafiq ərizələrlə müraciət edilməlidir.