10:51
707
Baş nazir Mark Karni Kanadanın İrana qarşı müharibəyə qoşulmasını istisna etməyib.
Kanada Baş naziri bu barədə Kanberrada jurnalistlərə deyib.
“Nə vaxtsa iştirak etməməyi kəskin şəkildə istisna etmək olmaz”, - o qeyd edib.
Mark Karni əlavə edib ki, Kanada müttəfiqlərinin yanında olacaq və hər zaman kanadalıları müdafiə edəcək.
Baş nazir daha əvvəl ABŞ və İsrailin İrana hücumlarının beynəlxalq hüquqla ziddiyyət təşkil etdiyini bildirib.