İran ABŞ və İsrailə qarşı ən güclü zərbəni endirdiyini açıqlayıb Dünya

İran ABŞ və İsrailə qarşı ən güclü zərbəni endirdiyini açıqlayıb

İran “Doğru vəd – 4” əməliyyatının 37-ci dalğası çərçivəsində İsrail və ABŞ obyektlərinə ən güclü zərbələri endirdiyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti IRIB məlumat yayıb.

Məlumata görə, bombardman azı üç saat davam edib və münaqişə gərginləşəndən bəri ən böyük hücum olub.

Bildirilir ki, Tehran hücum zamanı “Xorrəmşəhr” adlı superağır raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edib. Zərbələr Təl-Əviv yaxınlığındakı peyk rabitə mərkəzinə, həmçinin Hayfa və Qərbi Qüdsdəki hərbi hədəflərə endirilib.

Məryəm Quliyeva