14:52
770
İran ordusu İsrail hərbi kəşfiyyatının Aman qərargahına, radioelektron kəşfiyyat bölməsinə, Yaşıl Şam radarına və Hayfadakı İsrail dəniz bazasındakı sualtı qayıq qərargahına zərbələr endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
İran dövlət televiziyası mətbuat xidmətindən sitat gətirib: "Bu səhərdən etibarən dronlar işğal olunmuş ərazilərdə bir neçə hədəfə, o cümlədən İsrail hərbi kəşfiyyat təşkilatı Aman, 8200-cü bölmə (AmanZ-nin bir hissəsi olan elektron kəşfiyyat bölməsi), Yaşıl Şam radarı və Hayfa dəniz bazasındakı sualtı qayıq qərargah binasına hücum edib".