12:18
658
İran qonşu ölkələrdən “ABŞ-ın ərazilərindən sui-istifadə etməsinə imkan verməmələrini” xahiş edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü İsmayıl Bəqayi bildirib.
“Onlar ali liderimizi və ən vacib komandirlərimizi öldürdülər. Siz gözləyirsiniz ki, bu qədər zəngin sivilizasiyaya malik suveren dövlət bu dəhşətli aqressiyaya qarşı susqun qalsın? Biz qonşularımızdan ABŞ-ın ərazilərindən sui-istifadə etməsinə imkan verməmələrini xahiş etdik”, — deyə o, "Corriere della Sera" qəzetinə müsahibəsində qeyd edib.
İran XİN nümayəndəsinin sözlərinə görə, “Avropalılara böyük məsuliyyət düşür” və onlar ABŞ və İsrailə boyun əyməməlidirlər.
“Onlar bu haqsızlığa qarşı çıxacaq qədər cəsarətli olmalıdırlar və əgər bunu etsəydilər, biz onları vasitəçi kimi görmək istərdik”, — deyə Bəqai vurğulayıb.
Məryəm Quliyeva