13:43
623
BMT Təhlükəsizlik Şurası iflic durumdadır.
APA xəbər verir ki, bunu Misirin keçmiş xarici işlər naziri, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa XIII Bakı Qlobal Forumunda “Qlobal Təhlükəsizlik və Güc Balansı: Beynəlxalq Hüquqa Hörmət, Yeni Məsələlər, Yeni Çağırışlar” adlı panel müzakirədə deyib.
O bildirib ki, burada məsələ “ikili standartlardan” gedir: “İkili standartlar beynəlxalq sistemə mənfi təsir göstərib. Biz beynəlxalq düzən üçün yeni qaydalar haqqında danışırıqsa, ikili standartları aradan qaldırmalıyıq. Təəssüf ki, bu, Qərb xarici siyasətində də özünə yer tapıb. Siz 60 min fələstinlinin öldürüldüyünü qəbul etmirsinizsə, bu artıq ədalətsizlikdir. Bu barədə nədənsə, heç kim danışmır. Sözsüz ki, fələstinlilər bu işğala müqavimət göstərir. Biz birgə işləməliyik ki, sülh yolu ilə həllər tapaq. İsrail tərəfindən idarə olunan vəziyyətə görə hər hansı ağlabatan həll tapmaq mümkün deyil. İsrail dövləti varsa, Fələstin dövləti də olmalıdır. Fələstin dövləti olmasa, Yaxın Şərqdə sülh olmayacaq”.