Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim edilib
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olunub
Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i peşə tanınması üzrə imtahandan keçib
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın fotosu yayılıb
Ötən iki ayda fiziki şəxslərin ölkəyə idxalı 30%-ə yaxın azalıb
13:28
623
Ermənistanın eks-prezidenti R. Koçaryan "Hayastan" bloku tərəfindən baş nazirliyə namizədliyi irəli sürülüb. Rusiyanın dəstək verdiyi R. Koçaryan və iş adamı S.Karapetyanın "Güclü Ermənistan" partiyasının N. Paşinyana qarşı ciddi şəkildə kampaniya aparacağı gözlənilir. Rusiya hər iki partiyanı dəstəkləməklə N. Paşinyanın elektoradini parçalamağa çalışır. Buna baxmayaraq hər iki siyasi təşkilatin N.Pasinyanın qələbəsinə ciddi maneə yaradacağı mümkün görünmür.
Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, uyunun 7-də keçiriləcək seçkilərdə N. Pasinyan və R.Kocaryan arasında əsas mübarizə olacaq. Rusiyanın dəstək verdiyi, Qarabağ hərəkatanın davam etməsinin vacibliyini vurğulayan, revanşist kilsə rəhbərliyinin dəstək verdiyi R. Koçaryan və Qarabağ hərəkatına qarşı olaraq, sülhü təbliğ edən N. Pasinyan arasında xalq seçim edəcək:
"Ümumiyyətlə, R. Koçaryanin namizəd olması, N.Pasinyanın qələbəsini şərtləndirən əsas amillərdən biridir. Amma, Rusiya Ermənistanda seçkilərdə təxribatlara əl ata bilər. Ona görə də Avropa İttifaqı Ermənistana missiya göndərəcək.
Ermənistan uğrunda Avropa İttifaqı və Rusiya arasında mübarizə yeni müstəvidə davam edəcək. Türkiyə və Azərbaycan hazırkı N. Paşinyanın qələbəsində maraqlıdır.
Gürcüstan hakimiyyəti isə, Rusiya ilə birgə R.Koçaryana dəstək verməsi gözlənilir.
Gürcüstan hakimiyyəti R. Koçaryanın qələbə qazanmasında maraqlıdır".
Cavid
14:13
476
12:37
875
12:16
791