Krasnodara PUA hücumu nəticəsində 1 nəfər ölüb Dünya

Krasnodara PUA hücumu nəticəsində 1 nəfər ölüb

Rusiyanın Krasnodar şəhərində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 1 nəfər ölüb.

Bu barədə vilayət qubernatoru Veniamin Kondratyev məlumat yayıb.

Bildirilib ki, dronlar çoxmərtəbəli yaşayış binalarına zərbə endirib, nəticədə üç bina zərər görüb.

Binalardan birində yanğın baş verib və qısa müddətdə söndürülüb, digər dron binanın divarına çırpılaraq yanğın olmadan yerə düşüb, üçüncü binada isə qalıqlar eyvanda aşkar edilib.