16:32
945
Pentaqon İranla münaqişənin kəskinləşməsi üçün dörd mümkün variant hazırlayır ki, bura Xark, Larak və ya Əbu-Musa adalarının ələ keçirilməsi daxil ola bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın "Axios" portalı rəsmi şəxslərə və öz mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, ABŞ prezidenti Donald Trampa təklif olunan "həlledici zərbə" variantlarına Xarq adasının işğalı və ya blokadası, İranın Hörmüz boğazına nəzarəti təmin etməkdə mühüm rol oynayan Larak adasının işğalı, Əbu Musa adasının və boğazın qərb girişindəki digər iki kiçik adanın ələ keçirilməsi və Hörmüz boğazının şərq hissəsində İran nefti ixrac edən gəmilərin bloklanması və ya ələ keçirilməsi daxildir.
"Axios" yazır ki, ABŞ hərbçiləri həmçinin İranın nüvə obyektlərindəki yüksək dərəcədə zənginləşdirilmiş uranı nəzarətə götürmək üçün ölkənin daxilinə doğru quru əməliyyatı planı hazırlayıblar. Alternativ olaraq, İranın bu urana çıxışını tamamilə kəsmək üçün genişmiqyaslı hava zərbələri də nəzərdən keçirilir.
"Axios" qeyd edir ki, ABŞ prezidenti Donald Tramp hələlik yuxarıda göstərilən variantlardan hər hansı birini tətbiq edib-etməmək barədə qərar verməyib, lakin danışıqlarda irəliləyiş əldə edilməsə və Hörmüz boğazı açılmasa, ciddi hərbi eskalasiya ehtimalı daha yüksək olacaq.
Məryəm Quliyeva