İran Prezidenti atəşkəs səylərinə görə Pakistana təşəkkür edib Gündəm

İran Prezidenti atəşkəs səylərinə görə Pakistana təşəkkür edib

İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı zamanı ölkəsinin həftəsonu İslamabadda ABŞ nümayəndələri ilə planlaşdırılan danışıqlarda iştirak edəcəyini təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistan hökumət başçısının dəftərxanası məlumat yayıb.

"Prezident Pezeşkian Baş nazirə təşəkkür edib və Pakistan rəhbərliyinin İran ilə ABŞ arasında müvəqqəti atəşkəsə nail olunması istiqamətindəki səylərini yüksək qiymətləndirib, həmçinin Pakistan xalqına xoş arzularını çatdırıb. O, İranın İslamabad danışıqlarında iştirak edəcəyini təsdiqləyib", — deyə qurumun "X" hesabındakı məlumatda bildirilir. Dəftərxanadan dəqiqləşdiriblər ki, Şərif və Pezeşkian arasındakı "səmimi və dostcasına söhbət" 45 dəqiqədən çox davam edib.

Məryəm Quliyeva