Vens: ABŞ-ın müttəfiqləri Amerika-İran atəşkəsinə qoşulub Gündəm

Vens: ABŞ-ın müttəfiqləri Amerika-İran atəşkəsinə qoşulub

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqton və Tehran arasında əldə olunmuş iki həftəlik müvəqqəti atəşkəs razılaşmasını "kövrək" adlandırıb. O əlavə edib ki, Birləşmiş Ştatların regiondakı müttəfiqləri də atəşkəsə qoşulublar və hazırda hərbi əməliyyatlar aparmırlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Vens Budapeştdə səfərdə olarkən bildirib.

"Birləşmiş Ştatlar hücumları dayandırmağa razı oldu. Təkcə Birləşmiş Ştatlar deyil, bizim müttəfiqlərimiz də hücum etməməyə razılıq veriblər. Hələlik cəmi 8-12 saatdır davam edən və əldə etdiyimiz bu kövrək atəşkəsin əsası budur", — deyib.

Məryəm Quliyeva