“Türkiyə AB üçün ciddi bufer zona rolunu oynayır” Dünya

“Türkiyə AB üçün ciddi bufer zona rolunu oynayır”

“Türkiyə regionda hazırda müstəqil siyasət yürütməyə çalışır. Suriyada vətəndaş müharibəsi başlayandan sonra Ankara Suriyaya müdaxilə etməyə bilməzdi”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Qafqaz Strateji Araşdırmalar və Beynəlxalq Münasibətlər Mərkəzinin (QAFSAM) siyasi eksperti Kamran Sultanlı ildirib.
Onun sözlərinə görə, birincisi Türkiyə Suriya ilə birbaşa sərhəddir və burada baş verəcək istənilən proses Türkiyəyə böyük köç axınına səbəb olacaqdı, bu da Türkiyə üçün ciddi humanitar böhrana səbəb olacaqdı. Elə də oldu, Suriya böhranından sonra Suriyadan milyonlarla qaçqın məhz Türkiyə sərhədlərinə dayandı. Suriya böhranı regionda qüvvələr balansını dəyişdi və Türkiyənin regional siyasətində yeni korrektələr getməyə səbəb oldu.
Politoloq qeyd edib ki, Turkiyə böhranın ilk illərində Əsəd ordusuna qarşı çıxış edir və Qərb blokunda təmsil olunurdu, lakin Suriyada Əsədin qalıb gəlməsi, Rusiya və İranın Suriya səhnəsində güclənməsi Türkiyəni bu ikili ilə yaxınlaşmağa vadar etdi. Turkiyənin Suriyada Davudoğlu dövründə müəyyən səhvləri ölkənin siyasi vəziyyətinə təsir etdi. Ərəb baharından sonra regionda liderlik uğrunda kəskin mübarizə gedirdi. Burada xüsusilə Səudiyyə Ərəbistanı, Pakistan, İran və Türkiyə İslam dünyasının liderliyi uğrunda mübarizə aparırdı. Liderlik uğrunda regionda bu müsəlman dordluyu ilə bərabər İsrail də mübarizə aparırdı.Turkiyə və İranın regional siyasətində keçmiş baxışlar xüsusi rol oynayırdı.Turk insanı uzun illər bu torpaqları idarə edib və bu torpaqlarda böyük.mədəni irsi var bu regionu özünə doğma hesab edir. Türkiyənin regionda izlədiyi yeni siyasət Türkiyə daxilində Avrasiyaçı qanadın güclənməsi Qərbdə Türkiyənin terrorçu saydığı qruplaşmalara dəstək habelə ABŞ-da PKK,YPG PYD-yə dəstək və Fətullah Gülənin Türkiyəyə təhvil verilməməsi darbə hadisəsindən sonra Türkiyə daxilində anti Qərb ritorikasınkn güclənməsi Ankaranın yeni siyasət işləməsinə səbəb oldu.
K.Sultanlının fikrincə, Türkiyə xarici siyasətdə ciddi bir korrektələrə getdi Cenevrə formatında təmsil olunmağına baxmayaraq Astana formatına qoşuldu. Rusiya ilə məlum təyyarə olayında sonra münasibətləri daha da yaxşılaşdırdı, Rusiyadan S-400 komplekslərini aldı, çünki Ankara artıq əvvəlki tək Qərbin dediyi ilə oturub, durmaq istəmirdi, baxmayaraq ki, Qərb alyansda təmsil olunurdu. Lakin Türkiyə artıq müstəqil siyasət yürütmək və Rusiya ilə Qərb arasında balansın yaranmasına çalışırdı. Çunki Rusiyanın Suriyada güclənməsi Türkiyəni ABŞ və Rusiya arasında balans yaratmağa vadar edirdi və Ankara uzun müddət iki superguc arasında maksimum manevr edirdi. Turkiyənin Suriya səhnəsində aktivliyi Qətərdə baza açması regionun digər dövlətləri olan Səudiyyə və İranı qane etmirdi. Səudiiyə Ərəbistanı ortodoksal islamın liderliyi üçün Türkiyə ilə mübarizə aparır. Regionun digər ərəb dövlətləri olan BƏƏ və Misirdə isə ümumiyyətlə güclü anti ərdoğançıliq var. Misirdə Mursinin devrilməsi Ankaranın Mursiyə dəstək olması "Müsəlman qardaşları" ilə tarixi yaxınlığı Misirin yeni hərbi xunta rejimini qane etmirdi. Misir hətta buna qarşı Yunanıstan-C.Kipr-İsrail zolağına qoşulmuşdu.Turkiyə Fələstin davasını aktiv aparan dövlətdir, burada həm Türkiyə cəmiyyətinin bu mövzuda həssas olması ikincisi regionda liderlik uğrunda anti Qərb ritorikası üçün mazlum xalqın yanında olmaq ehtiyacı və İsrailin artan təsirinə qarsi ehtiyat öz sözünü deyir.
Həmas həm də "Müsəlman qardaşları"nın ideoloji bağlar malikdir. Türkiyənin İsrailə qarşı sərt ritorikası İsrailin kürd kartına aktiv dəstəyi iki olkə arasında gərginliyi artırıb. İran Türkiyə ilə Suriyada müttəfiq kimi görünsə də Türkiyənin Suriyada güclənməsini istəmir, çünki Türkiyə İranın regional liderlikdən əsas rəqibidir. Həm demokratik ənənələri, inkişaf etmiş sistemi, Qərbə daha yaxınlığı Türkiyənin manevr imkanları Tehranı narahat edir. Səudiyyə son zamanlar İslam dünyasının liderliyi uğrunda aktiv fəaliyyət aparır. Lakin Türkiyədə baş verən Camal Qaşıqçı olayı Türkiyə və Səudiyyə arasında əlaqələrə mənfi təsir göstərdi. Türkiyənin Suriyadakı əməliyyatlarına ərəb dövlətlərinin qeyri adekvat reaksiyaları Ankaranin Ərəb dünyası ilə əlaqələrinə yenidən baxmasına səbəb oldu. Ərəb koalisiyası ilə münaqişədə Türkiyənin Qətərin dəstəkləməsi Afrikada xüsusilə Somalidə Türkiyənin BƏƏ-yə rəqib olması Ərəb liderlərini qane etmir. Hətta BƏƏ və Misir darbə hadisəsinə aktiv dəstək verən dövlətlər olmuşdular. Türkiyənin regionda siyasi islam siyasəti Suriyada aktiv fəaliyyəti həm İsraili həmçinin Ərəb liderlərini, eləcə də İrani narahat edir. Türkiyənin regionda aparmağa çalışdığı müstəqil siyasəti Qərbi də qane etmir.
Son illər hər iki tərəfdə olan mühafizəkar qüvvələr Qərblə Türkiyə arasında gərginliyə səbəb olublar. Xüsusilə Türkiyə AB üçün ciddi bufer zona rolunu oynayır. ABŞ-ın Suriya kurldərini özünə müttəfiq seçməsi, onlara hər cür dəstəyi, Türkiyənin ABŞ-in regional siyasətini onun əsas müttəfiqi olan İsraili sərt tənqid etməsi İrana qarşı sanksiyalara qoşulmamaq və Rusiya ilə yaxınlaşmaq ABŞ-ı qıcıqlandırır. Türkiyə həm də regionda olan açar funksiyasından istifadə etməyə çalışır.