Suriya böhranın 9 ili Dünya

Suriya böhranın 9 ili

Bəşər Əsəd məsuliyyətə cəlb ediləcək

Suriyada qanlı vətəndaş müharibəsi prezident Bəşar Əsədin Rusiya və İranın mühüm hərbi və siyasi dəstəyi ilə belə görünür hakimiyyəti öz əlində möhkəmləndirdiyi bir vaxtda 10-cu ilinə qədəm qoyur.
Münaqişə 2011-ci il martın 15-də suriyalıların Əsəd hökumətinə qarşı etirazları ilə başladı. Əsəd rejiminin başladığı qəddar repressiyalar 370 mindən çox insanın həyatını itirdiyi və milyonlarla insanın məcburi köçkün olduğu münaqişəyə gətirib çıxardı.
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen müharibənin ildönümü ilə bağlı deyib: “Suriya xalqının bu faciəli və dəhşətli on ildəki əzablarını hələ də anlamaq və təsəvvür etmək olmur.”
BMT-nin baş katibi Antonio Quterreş bu həftə Twitter sosial şəbəkəsində yazıb ki, “on il davam edən döyüşlər xarabalıq və əziyyətdən başqa bir şey gətirməyib.”
Suriya münaqişəsi bəzən Moskva və Tehranın Əsəd rejimini, Birləşmiş Ştatlar və Türkiyənin isə müxalif üsyançı qrupları dəstəkləməsi ilə böyük qüdrətlər arasında qarşıdurmaya bənzəyirdi.
İslam Dövləti militant qrupu da müharibəyə qatıldı. Bütün tərəflər qrupa qarşı çıxdı. Qrup işğal etdiyi ərazilərdən çıxarılsa da, bəzi ekstremistlər ölkənin şimal-qərbindəki İdlib vilayətində istinadgahlarını saxlamağa davam edir.
“İnqilabın doqquz ili sürgün, bombardman və ölümlər arasında çəkdiyimiz əziyyətlərin miqyasını göstərir”, İdlib vilayətində insan hüquqları fəalı Hala İbrahim Fransa xəbər agentliyinə deyib.
“Mən universiteti, bombalanmış evimi tərk etdim. Biz hər şeyi itirmişik” – deyə, o bildirib.
Suriya hərbi qüvvələri Rusiyanın hərbi təyyarələrinin dəstəyi ilə bölgədə qalan üsyançılara şiddətli zərbələr endirib. Bu bombardmanlar nəticəsində təxminən 500 mülki şəxsin öldüyü bildirilir. Lakin hava hücumlarında eyni zamanda, sərhəd bölgəsində bufer zonası yatarmağa çalışan Türkiyə hərbi qüvvələrinin 30-dan çox üzvü həlak olub. Bu inkişaflar Dəməşq və Ankara arsında silahlı qarşıdurma riskinin artmasına gətirib çıxarıb.
BMT milyondan çox insanın bölgəni tərk etmək məcburiyyətində qalmasını humanitar böhran adlandıraraq, bunun Avropada yeni miqrant böhranı təhlükəsi yarada biləcəyini bildirib.
Qeyd edək ki, ABŞ, Fransa, İngiltərə və Almaniya Suriya böhranının 9-cu ilinin tamam olması ilə bağlı ortaq bəyanatla çıxış ediblər.
Ortaq bəyanatda bu 4 ölkə Bəşər Əsəd rejimi və ona dəstək verən İranla Rusiyaya çağırış edərək Suriyadakı qətliamları dayandırmağa çağırıb.
Açıqlamada 9 il əvvəl suriyalıların qanuni tələblərlə küçələrə çıxdığı, amma Əsəd rejiminin bu tələblərə qarşı zorakılıq, güc və işgəncə ilə qarşılıq verdiyi xatırladılıb.
Suriya böhranı səbəbindən 11 milyon insan yurd-yuvasından olunub, 500 min insan həyatını itirib.
Suriya rejiminə kimyəvi silahla mülki insanları hədəfə almamaq çağırışı olunan açıqlamada bəyan edilib ki, terrorla mübarizə heç bir halda insan haqlarının pozulması və qarşıdurmaların davam etməsi ilə müşayiət oluna bilməz: “Əsəd rejimi və Rusiyanın İdlib istiqamətli düşüncəsiz hücumları, tibb və insan evlərini dağıtmaqla mülki insanların ölümünə səbəb olan acıları artırır və bənzərsiz insani böhrana yol açır”.
Suriyada insanlara kömək edəcəklərinə işarə vuran bəyanat müəllifləri siyasi həll üçün təhlükəsiz mərhələ başlamadan ölkənin təkrar qurulması üçün hər hansı yardım göstərməyəcəklərini vurğulayıblar.
Bəyanatı imzalayan 4 ölkə ölkə insanlığı qarşı cinayətə, eləcə də hərbi cinayətə yol vermiş şəxslərin məsuliyyətə cəlb olunacağının təmin ediləcəyini xatırladıb.