Rusiyada son sutkada 10 633 nəfərin koronavirusa yoluxduğu məlum olub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat verib.
Beləliklə, Rusiyada COVID-19-a yoluxanların sayı 134 687 nəfərə çatıb. Ölkədə bir gündə virusdan ölənlərin sayı 58 nəfər olub. Ümumilikdə ölənlərin sayı 1 280-ə yüksəlib.