Paşinyan erməniləri aldadıb Dünya

Paşinyan erməniləri aldadıb

İşğalçı ölkə cənnətə yox, cəhənnəmə çevrilib

Ermənistanda hakimiyyət dəyişikliyinin 2 ili tamam oldu. 2 il əvvəl erməni cəmiyyəti “xalqın Baş naziri”nin seçilməsini məmnuniyyətlə qəbul etdi. Paşinyanın simasında çoxları ümidlərinin gerçəkləşməsini görürdü.
Ancaq son iki il göstərdi ki, xalqın narazılığı səbəbindən hakimiyyətə gələn təcrübəsiz gənclər dövlət idarəçiliyindən uzaqdırlar və hakimiyyət dəyişikliyindən əvvəl və sonrakı gözləntiləri qarşılamağa hazır deyillər. Həm iqtidara gəlməzdən əvvəl, həm də sonrakı dövrdə, onlar öz fəaliyyətlərində konkret bir şey etməkdən daha çox cəmiyyətin duyğu və hissləri ilə oynayaraq rəhbərlik ediblər.
Hökumət dəyişdikdən iki il sonra da Ermənistanda çox şeyin dəyişməməsi təəccüblü deyil. Daha əhəmiyyətlisi, insanlar əvvəlki kimi, bəzi hallarda isə daha da çox pis yaşamağa davam edir.
Paşinyan yeni baş nazir seçildiyi zaman hər kəsə sehrli bir çubuq olduğunu və bütün problemləri çox tez həll edəcəyinə əmin edirdi. Ancaq həyat göstərdi ki, bu aldatmadır. Sehrli çubuqlar yox idi. Bütün bunlar insanların “inqilabi əhval-ruhiyyəsini” yüksək tutmaq üçün icad edilməli olan məcburiyyətlər idi.
Daha sonra Paşinyan insanları manipulyasiya etmək üçün təkrarolunmaz bacarığından dəfələrlə istifadə edərək, hakimiyyətin misli görünməmiş müvəffəqiyyəti haqqında “faktlar” səsləndirməyə başladı. Bəziləri inanırdı, bu gün yenə də inanır, bəziləri inanmırdı və hələ də inanmır. Yeri gəlmişkən, ikinci qrupa daxil olanların sayı getdikcə artır. İnsanlar bu görünməmiş nailiyyətlərdən, yüksək iqtisadi artımdan, inanılmaz uğurlardan sonra da həyatlarında heç nə dəyişmədiyini görürlər.
“168.am” nəşri yazır ki, Paşinyan Baş nazir seçiləndə Ermənistanı investisiya cənnətinə çevirəcəyinə söz verirdi, amma tezliklə bunun heç bir əsası olmadığı məlum oldu.
“Əksinə, hakimiyyıt investisiya qoyulmaması üçün hər şeyi etdi və etməyə davam edir. 2 ilin nəticələri göz qabağındadır. Ermənistan iqtisadiyyatı xarici kapitalı cəlb etmir, onun marağını kəsb etmir. Birbaşa investisiyalar artmır. Daha da artıq, hakimiyyətin yüngül əli ilə kapital ölkəni tərk edir. Sonra iqtisadi sıçrayış və iqtisadi inqilab dövrü gəlməli idi. Lakin xaricdən investisiya qoyulmadığı üçün bankların verdikləri kreditlərin iqtisadi inqilabın hərəkətverici qüvvəsinə çevrilməli olduğu bildirildi.
İqtisadiyyatı kreditlərlə, xüsusən də yüksək kreditlərlə inkişaf etdirməyin çətin olduğu yenilik deyil. Bu, tez bir zamanda özünü büruzə verdi.
Düzdür, hökumət dəyişikliyindən sonra bankların kredit portfeli kifayət qədər yüksək sürətlə böyüməyə başladı, lakin sonra məlum oldu ki, hətta kredit kapitalı da iqtisadiyyatın real sektoruna girməyə hazır deyil. Kredit portfelinin artımı isə əsasən istehlak-ipoteka kreditləri hesabına baş verir.
Bunlar o qədər ağırlaşdılar ki, bank sistemi üçün təhlükə yaratmağa başladılar. Sonra Mərkəzi Bank etiraf etməli oldu ki, əhaliyə verilən kredit yükü gəlirlərindən daha sürətli artaraq yük olub. Buna görə məhdudiyyətlər qoymağın vaxtı çatıb.
Bir çoxları gəlirlərinə bu neçə min dramın əlavə edilməsini belə hiss etmirdilər. Bunun əvəzinə hakim elita bu şəraitdə özünü tam mükafatlarla əhatə edirdi. Bir gün Paşinyanın xalqdan gizli büdcə hesabına yüksək vəzifəli məmurlara mükafat payladıqlarını, maaşlarını bir neçə yüz min drama qədər artırdıqları bəlli olmasaydı, bu, açıqlanmayacaqdı. Bu mükafatlandırma, bir çoxlarının yaşamaq uğrunda ölüm-dirim savaşı apardığı bir vaxtda baş verir.
Sonra böyük depressiya dövrü gəldi, daha yaxşı bir həyat ümidlərini hələ itirməmiş insanları sarsıdan epidemiya başladı. İqtisadiyyat böhran içindədir. Bu böhrandan çıxma perspektivləri hələ olduqca qeyri-müəyyəndir. Bu il iqtisadiyyatda artım olacağına heç bir ümid yoxdur. Dövlət büdcəsi qeyri-düzgün işləmə riski ilə üzləşir. Hökumət büdcə öhdəliklərini yerinə yetirmək üçün xaricdən əlavə pul borc almalı olur. Həmişə kreditlərə qarşı olan Paşinyan üçün dövlət borcu yükünün onunla ağırlaşması artıq mümkün deyil. Xalq inqilab edərək “xalqın Baş nazirini” hakimiyyətə gətirərkən, yaxşı yaşamaq üçün iki il sonra acı reallıqla üzləşməli oldu. Bu gün ölkədəki sosial vəziyyət hakimiyyət dəyişikliyindən əvvəlki vəziyyətdən daha gərgindir.
Bir çox insan gündəlik çörək problemini həll etmək faktı ilə üzləşib. Minlərlə vətəndaş işini itirdi, onların sayı artmaqda davam edir. İşsizliyin artacağı ilə yanaşı yoxsulluğun artması gözlənilir.
Bütün bunlar, “inqilab”dan cəmi 2 il sonra, insanların həyat və yaşayış şəraitini ciddi şəkildə yaxşılaşdıracaqlarına, maaşların artırılmasına və iş yerlərinin açılmasına, işsizliyin və yoxsulluğun azaldılmasına söz verən həmin “inqilab”dan sonra baş verir”, - deyə nəşr yazıb.