Gürcüstanda koronavirusa yoluxanların sayı 731 nəfərə çatıb Dünya

Gürcüstanda koronavirusa yoluxanların sayı 731 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) daha 1 yoluxma halı qeydə alınıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da Gürcüstanda xəstəliyə yoluxanların sayı 731 nəfərə çatıb.
Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 3076 nəfər karantində saxlanılır, 300 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 526 nəfər sağalıb, 12 nəfər isə vəfat edib.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.