Yunan Kipri Avropa Birliyinə xəyanət edir Dünya
Rusiya adada aviasiya və hərbi-dəniz bazalarını yerləşdirə bilər
Cavid
Yunan Kipri indiyədək Türkiyə əleyhinə fəaliyyətdə ona dəstək vermiş Avropa Birliyinə xəyanət etməyə hazırlaşır. Belə ki, Cənubi Kipr Respublikasında yaxın gələcəkdə Rusiyanın aviasiya və hərbi-dəniz bazaları yerləşdirilə bilər. Bu barədə açıqlama verən Kipr prezidenti Nikos Anastaziadis fevralın 25-də Rusiyaya səfəri zamanı məsələnin müzakiə ediləcəyini bildirib. N.Anastaziadis qeyd edib ki, görüş zamanı hərbi sahədə əməkdaşlığa dair bir sıra sazişlərin imzalanması nəzərdə tutulur: "İki ölkə arasında hərbi əməkdaşlıqla bağlı köhnə saziş mövcuddur. Bu saziş yenilənməlidir. Yeni saziş imzalanarkən bir sıra əlavə dəyişikliklər ediləcək. Hərbi sahədə Fransa və Almaniya ilə də sazişlər imzalamışıq".
Anastaziadis bildirib ki, Rusiya və Kipr arasında hərbi sahədə saziş Moskvaya səfəri zamanı masaya qoyulacaq.
Məlumata görə, Rusiya aviabazasına adanın cənub-qərbində yerləşən beynəlxalq hava limanından istifadə etməyə də icazə veriləcək. Hansı ki, sözügedən hava limanının cəmi 50 kilometrliyində Böyük Britaniyanın aviabazası yerləşir.
Cənubi Kipr Respublikasında rus hərbi bazalarının yerləşəcəyi ilə bağlı açıqlama siyasi ekspertlər tərəfindən heç də birmənalı qarşılanmayıb. Belə ki, rus ordusunun Kiprin yunan hissəsinə gəlişinin Şimali Kipr Türk Cümhiriyyəti, habelə Türkiyə üçün yaxşı heç nə vəd etmədiyinə diqqət çəkən bəzi politolorlar, bunun rəsmi Ankara üçün əlavə başağrısına çevriləcəyi qənaətindədir. Ekspertlərin qənaətincə, bu, onsuz da gərgin olan yunan-türk münasibətlərinə əlavə gərginlik gətirəcək ki, nəticədə regiondakı gərginlik əhəmiyyətli dərəcədə artacaq.
Bununla belə ekspertlər arasında Rusiyanın mövcud şərtlər altında Kiprin yunan hissəsində ciddi zərbə qüvvəsinə malik hərbi baza yaradacağının mümkünlüyünə inanmayanlar da yetərincədir. Bu qəbildən olan siyasilər hesab edir ki, ciddi maliyyə böhranı ilə üzləşən Rusiya ölkədən kənarda yalnız formal olaraq bazalar formalaşdıra bilər ki, bu bazalar Rusiyanın bölgədəki hərbi mövcudluğunu yalnız rəmzi surətdə simvolizə də bilər.
Bu baxımdan bir çoxları maliyyə sıxıntısı keçirən Yunan Kiprinin bu addımının Avropa Birliyinə qarşı şantaj olduğu qənaətindədirlər.
Politoloq Aqil Səmədbəyli baş verənlərin Türkiyə üçün ciddi təhlükə vəd etmədiyini vurğulayıb:
"Yunanıstanda baş nazir postuna Aleksis Çipras seçildikdən sonra bu ölkənin Avropa ilə münasibətləri kifayət qədər gərginləşib. Avropa artıq Yunanıstana borc verməyəcəyini bildirib. İqtisadi cəhətdən rahat yaşamağa alışmış Yunanıstan əhalisi indi çətin sınaqla qarşılaşıb. İndi hökumət ya Avropanın dediklərini etməli, ya da alternativ tapmalıdır. İdeoloji görüş etibari ilə solçu olan Çipras hökuməti üçün ən ideal alternativ Rusiyadır. Buna görə Rusiyanın Kıbrısın yunan tərəfinə qoşun yerləşdirməsi məsələsini gündəmə gətirməklə bir tərəfdən Avropanı şantaj edir, digər yandan öz görüşünə uyğun davranış sərgiləyir. Rusların Kiprdə yerləşməsinin Türkiyə üçün ciddi bir təhlükəsi yoxdur. Bu gün Türkiyə ilə Rusiya arasında münasibətlər kifayət qədər yaxşıdır. Rusiya bu çətin zamanlarda Türkiyəyə qarşı səhvə yol verməz. Türkiyə böyük dövlətdir".
Maraqlıdır, rus ordusunun yunan Kiprinə gəlişi Türkiyə və Şimali Kiprə nə vəd edir? Bu, türk dövlətləri üçün yeni təhlükə və təhdid mənbəyinə çevrilə bilərmi?
Bununla bağlı münasibət bildirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq İlqar Altay Rusiyanın yeni hərbi bazalar yaratmaq üçün yetərincə maddi gücə malik olmadığını vurğuladı:
"Kiprin yunan hissəsində Rusiya hərbi bazasının yerləşməsi xeyli dərəcədə mürəkkəb məsələdir.
Məncə bu, şou xarakteri daşıyır. Əvvəla, Rusiyanın Aralıq dənizində yeni hərbi baza qurub saxlaması təminat baxımından çətin məsələdir. Rusiya orada, yaxınlıqdakı Suriyanın Tartus hərbi bazasını maddi-texniki imkansızlıqdan yaxta formasında idarə edir. Yəni, sezonla gah bağlayır, gah da açıb işlədir".
Politoloqun bildirdiyinə görə, əslində yunan Kiprində rus hərbi bazalarının yaradılması məsələsi göründüyü qədər də sadə məsələ deyil. Belə ki, bunun üçün bir neçə dövlətin razılığı alınmalıdır ki, bunlardan da biri Türkiyədir: "Yunan Kipri Avropa Birliyinin üzvüdür və ərazisi Britaniyanın hərbi bazaları ilə doludur. NATO və AB-nin razılığı olmadan Rusiya hərbi bazasının burada açılması mümkünsüzdür. Üstəlik buna Türkiyə Kipri və Türkiyənin də razılığı lazım olacaq. Bu isə artıq konflik yaradan haldır. Çünki bu, ən azından Türkiyə Kiprinin varlığı üçün təhlükəli bir haldır. Yunan Kipri prezidenti yəqin ki, bu məsələnin baş tuta bilməsi reallığını və məsuliyyətini nəzərə almır. Ola da bilsin, bu gediş Yunanıstanın AB-dən qovulma ehtimalına bir cavab cəhdidir".
İ.Altayın bildirdiyinə görə, Rusiya Böyük Səkkizlərdən çıxarılandan sonra bəzi kiçik, hərbi-siyasi qüdrətə malik olmayan ölkələrdə öz hərbi bazalarını yaratmağa səy göstərir ki, bununla da sadəcə özünü aldadır: "Rusiya bu saat beynəlxalq təcriddən çıxmaq və müəyyən güc görüntüsü yaratmaq üçün əlindən gələni edir. Bunun üçün dünyanın uzaq, geridə qalmış ucuz ölkələri ilə hərbi əməkdaşlıq qurmağa cəhd edir. Bu yaxınlarda Rusiya müdafiə naziri Venesuela, Sinqapur, Nikaraqua, Vyetnam, Kuba, Seyşel Adaları kimi ölkələrdə hərbi bazaların yaradılması danışıqları barədə fikir bildirib. İnkişafdan qalmış gənc necə azyaşlı uşaqlarla oynayırsa, görünür Putin də Böyük Səkkizlikdən çıxarılandan sonra bu cür dünya siyasətində əhəmiyyətsiz ölkələrlə başını qatır".
Türkiyəli politoloq Cağatay Balıcı isə bildirib ki, Rusiya hazırda ciddi bir iqtisadi böhranla üzləşib: "ABŞ və Avropa ölkələri Rusiyanı daha çox sıxmağa başlayıblar, Rusiyanı diz şökməyə məcbur edirlər. Ukrayna böhranı da dərinləşməkdə davam edir və bu baxımdan Rusya yeni münasibətlər axtarışındadır. Rusiyanın marağında daha çox İran və Türkiyədir. İranla Rusiyanın əlaqələri onsuz da vardı. Amma Rusiya Türkiyəyə daha çox ehtiyac duyur, xüsusən də iqtisadi-ticarət sahəsində. Rusiya Türkiyəni itirməmək üçün heç vaxt Cənubi Kipr Respublikasında baza qurmaq fikrinə düşməz. Moskva buna gedərsə Ankaranı qarşısında görəcək, bu isə Putin hakimiyyətinə heç bir xeyr gətirməyəcək".
Ekspert Elşən Həsənov isə yaxın və uzaq gələcəkdə belə bir halın baş verə biləcəyinə inanmadığını bildirib: "Yunanıstan, İran, Ermənistan və Rusiyanın zaman-zaman siyasi müzakirə mövzusu ola biləcək bu cür məsələlərin gündəmə gətirilməsinin çox şahidi olmuşuq və son nəticədə də bu kimi xəbərlərin ictimai rəyin öyrənilməsinə hesablanması bütün çılpaqlığı ilə üzə çıxıb. Düşünürəm ki, bu cür cöz-söhbətin heç bir ciddi siyasi, hərbi və iqtisadi əsaslandırması yoxdur və avantüradan savayı bir şey deyildir. Bu kimi məlumatların yayılması Yunanıstan, İran, Ermənistan və Rusiya dördlüyünün maraqlarına xidmət edir".
Politoloq Arzu Nağıyev isə bildirib ki, bu məsələ bir az fərqli aspektdə verilib: "Belə ki, Kipr prezidenti Nikos Anastasiadisin Rusiyaya səfəri ərəfəsində verdiyi bəyanatında bildirib ki, Rusiyanın silahlı qüvvələri Kiprdəki hərbi bazalardan istifadə edə bilər. Əslində Rusiya ilə Kiprin hərbi əməkdaşlığı sirr deyil. Rusiya daşınmada, humanitar məsələlərdə, Yaxın Şərqdəki münaqişələrlə bağlı bir sıra xilasetmə işlərində bu bazalardan istifadə edib. Eyni zamanda Kipr Milli Qvardiyası üçün silah və texnikaya ehtiyat hissələri alınması ilə bağlı müqavilə haqqında da məlumatlar vardır.
Nikos Anastasiadisin bəyanatından sonra xarici işlər naziri Yanis Kasulides bu barədə təkzib versə də, bir sıra Qərb dövlətləri, o cümlədən Böyük Britaniya bu addımı səhv adlandırdı. Kipr rəsmiləri isə öz dövlətlərinin müstəqil olduğunu bildirməklə kəskin reaksiya verdilər. Əlbəttə ki, Kipr hansı riskə getdiyini başa düşür, Rusiyaya qarşı sanksiya və embarqolar ərəfəsində belə bir addım atmaq həqiqətən cəsarət tələb edir. Kiprdə Böyük Britaniyanın körfəzdə müharibə aparmaq üçün 2 bazası var. Bundan başqa Türkiyə ilə əlaqlərin pis olmasına baxmayaraq İsrail də bunun əleyhinədir, yəni o da İran və Suriyaya dəstək verən Rusiyanın Kiprdə olmamasını daha çox arzulayır. Baxmayaraq ki, bu ərəfədə Rusiya ilə münasibətdə bir sıra anlaşmalar mövcuddur, Rusiyanın Kiprdə hərbi mövcudluğu Türkiyəni də narahat etməyə bilməz. Yəni bu məsələlər nəticə etibarilə Kiprin yeni münaqişələrə sürüklənməsinə səbəb ola bilər".