Azərbaycanlı alimlər Ərzincan elmi simpoziumunda iştirak ediblər Hadisə

Azərbaycanlı alimlər Ərzincan elmi simpoziumunda iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Azərbaycan folklorunun dünyanın digər xalqlarının folkloru, xüsusən də türk xalqlarının folkloru ilə qarşılıqlı əlaqədə öyrənilməsi üçün elmi və təşkilati işlərlə ardıcıl olaraq məşğul olur. Bu baxımdan Folklor İnstitutunda ardıcıl düzənlənən uluslararası folklor simpoziumları, konfranslar və başqa elmi tədbirlər mühüm əhəmiyyət daşıyır. İnstitut alimlərinin Türkiyə, Rusiya, Qazaxıstan, Gür¬cüstan, Tatarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Rusiya Federasiyası və b. ölkələrdə keçirilən elmi tədbirlərdə iştirakını da bu sırada xüsusi olaraq qeyd etmək lazımdır. Bu tədbirlərdə Folklor İnstitutunun alimləri fəal iştirak edir, çap edilən konfrans və simpozium materiallarında onların məqalə və tezisləri yer alır. Belə elmi tədbirlərdə türk xalqlarının folklorşünasları son illərin tədqiqatlarına yekun vurur, toplanmış elmi təcrübəni ümumtürk kontekstində ümumi¬ləş¬dirirlər.
Belə tədbirlərdən biri də 2017-ci il may ayının 11-13-də Türkiyənin Ərzincan şəhərində Ərzincan Universitetinin, Dünya Ahıska Türkləri Birliyinin (DATÜP), işbirliyi, Ərzincan Bələdiyyəsinin və TİKA-nın dəstəyi ilə Ərzincan Universitetində düzənlənən "Uluslararası Axıska Türkləri Simpoziumu" oldu. Simpozium Türkiyənin elmi-ədəbi, eləcə də mədəni-siyasi həyatında mühüm rol oynadı. 11-12-13 may tarixlərində Ərzincan Universitetinin iclas salonlarında baş tutdu.
Simpozium ilk növbədə, öz beynəlxalq əzəməti baxımından fərqlənirdi. Belə ki, Türkiyənin və dünyanın 9 ölkəsindən 170-dən çox alim və tədqiqatçının tezis və məruzələri Simpoziumun təşkilat komitəsinə daxil olmuş, dəyərləndirmə zamanı onlardan 135-nin 9 başlıq altında proqrama salınması məqsədəuyğun hesab edilmişdi. Simpoziumun proqramında türkiyəli alimlərlə yanaşı, doqquz xarici ölkədən olan tədqiqatçı alimlərin məruzələri yer almışdı. Azərbaycandan gələn nümayəndə heyəti 10 nəfərdən ibarət idi. Onlardan 3 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun alim və tədqiqatçıları: "Müasir folklor" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, "Mərasim folkloru" şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli, "Dədə Qorqud" şöbəsinin böyük elmi işçisi Qumru Şəhriyar idi. Onlarla yanaşı, Ərzincan Simpoziumunda Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova, AMEA Ədəbiyyat İnstitutunun Gənc Alimlər Şurasınım sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva, AMEA Naxşıvan bölməsinin əməkdaşları Elxan Yurdoğlu (Məmmədov), Asəf Orucov, Bağır Babayev və başqaları da iştirakçılar sırasında idilər.
Simpozium öz işinə mayın 11-də Ərzincan Universitetinin Böyük ic¬las salonunda açılış (plenar) iclası ilə başladı. Sayğı duruşunda İstiqlal Marşının sədalarından sonra simpoziumu giriş sözü ilə Ərzincan Bələdiyyəsinin məsul işçisi Mehter Takım açaraq Simpozium iştirakçılarını təbrik etdi və uğurlar arzuladı. Sonra Simpoziumda Ərzincan Valisi Ali Arslantaş, Çorum millət vəkili ve TBMM İdarə rəisi Salim Uslu, Ərzincan Üniveristetinin rektoru Prof. Dr. İlyas Çapoğlu, Üzümlü İlçesi Kaymakamı Fatih Acar, Dünya Axıska Türkləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanov və başqaları çıxış edərək simpoziuma dəvət olunmuş alimləri və tədqiqatçıları salamladılar. Çıxış edənlər simpoziumun bu cür geniş tərkiblə keçirilməsinin mühüm elmi-sosial əhəmiyyət daşıdığını xüsusi olaraq vurğuladılar.
Açılış iclasından sonra Simpozium iştirakçıları dörd salonda öz işlərini davam etdirdilər. Bu iclaslarda adı keçən ölkələrin tanınmış elm adamları ilə yanaşı, AMEA Folklor İnstitutunun alim və tədqiqatçıları da maraqlı məruzələrlə çıxış etdilər. Həmin gün filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov "Axıska Türk Fıkralarının Başlıca Özellikleri", filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli "Ahıska Türk Folklorunda Vatan Özlemi (Maniler-Bayatılar Esasında)" böyük elmi işçi Qumru Şəhriyar "Аhıskаlı Âşık Sefi: Hayatı ve Sanatı" mövzusunda məruzə etdilər. Azərbaycandan gəlmiş digər iştirakçılar - Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova "Ahıska Türklərində "Koroğlu" Dastanı", AMEA Ədəbiyyat İnstitutunun Gənc Alimlər Şurasınım sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva "Salkım Söğütlerin Gölgesinde" romanı’nda çatışma", Naxçıvan Elmlər Akademiyasının əməkdaşları olan Elxan Yurdoğlu "Azerbaycandan Toplanmış Ahıska Türklerinin Manilerinde Facialı Yaşam Öyküleri", Asəf Orucov "Nahçıvan ve Ahıska Türklerinde Adetler ve İnanclar", Bağır Babayev "Eski Çarlık Rusiyasından Sovyetler Birliğinin Çöküşüne Kadarki Coğrafyada Yaşamış Ahıska Türklerinin Tarihi Kaderi ve Orada Azerbaycanın Yeri Hakkında" adlı məruzələrlə simpoziumda çıxış etdilər.
Mayın 12-də günün sonunda Erzincan Üniveristetinin rektoru Prof. Dr. İlyas Çapoğlu, Erzincan Valisi Ali Arslantaş, Dünya Axıska Türkləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanov, DATÜB-ün baş katibi Fuat Uçar, Üzümlü İlçesi Kaymakamı Fatih Acar və başqalarının iştirakı ilə "Uluslararası Axıska Türkləri Simpoziumunun" bağlanış iclası keçirildi. Bağlanış iclasında beynəlxalq tədbirin işi dəyərləndirildi və simpozium iştirakçılarına iştirakçı bəlgələri və hədiyyələr təqdim edildi.
Yüksək səviyyədə qarşılanaraq Şanlı Urfa şəhərinin "Böyük Erzincan oteli" və "Sinay otel" meh¬manxanalarında yerləşdirilmiş qonaqlar may ayının 13-də Ərzincan şəhərinin bir sıra görməli yerlərini, eləcə də Erğan dağını, Girevli Şəlaləsini gəzdilər. Elə həmin gün Simpozyum iştirakçıları Ərzincanın Üzümlü ilçəsində yerləşdirilən Axıska türklərini ziyarət etdilər, oların həyat və məişəti ilə yaxından tanış oldular.

Tahir Orucov
Filologiya üzrə fəlsəfə doktoru, dosent