ABŞ “Lukoil”un satışına dair sanksiya güzəştinin müddətini uzatdı Dünya

ABŞ “Lukoil”un satışına dair sanksiya güzəştinin müddətini uzatdı

ABŞ administrasiyası “Lukoil” şirkətinin satışına imkan verən sanksiyalara güzəşt müddətini 2026-cı il avqustun 22-dək uzadıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yayımladığı 131H nömrəli ümumi lisenziyada bildirilib.

Sənədə əsasən, bu əməliyyatlara 2026-cı il avqustun 22-si saat 00:01-dək (Bakı vaxtı ilə saat 08:01-dək) icazə verilir.

Lisenziyada vurğulanıb ki, bu istisna Rusiyada hər hansı şəxsə və ya hesaba vəsait köçürülməsinə icazə vermir.