KİV: Bəhreyn və Küveyt iyulun əvvəlində İrana hücum edib Dünya

KİV: Bəhreyn və Küveyt iyulun əvvəlində İrana hücum edib

Bəhreyn və Küveyt iyulun ilk günlərində İrana qarşı gizli hava hücumları təşkil ediblər.

Bu barədə "Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb:

ABŞ hərbi bazalarının olduğu Bəhreyn və Küveyt Tehranın hücumlarına cavab olaraq İrana gizli şəkildə qırıcılarla hücum edib.

Hücumun baş tutduğunu bildirən mənbələr qırıcıların İranda hərbi obyektlərə zərbələr endirdiyini bildiriblər.

Küveyt və Bəhreyn hakimiyyətləri məsələ ilə bağlı açıqlama verməyiblər.