“Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalın ağır nəticələri” Hadisə

“Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalın ağır nəticələri”

Elxan Süleymanovun kitabı Kiyevdə Ukrayna dilində nəşr olunub

Şamaxının millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun və iqtisad elmləri doktoru Vurğun Süleymanovun "Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalın ağır nəticələri" kitabı Ukraynanın nüfuzlu "Naukova Dumka" nəşriyyatında Ukrayna dilində çap edilib.
APA-nın xəbərinə görə, kitabı Ukrayna dilinə İrina Əliyeva tərcümə edib. Məsləhətçiləri Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan Pol Murman, Almaniya Bundestaqının deputatı (1976-2009) Eduard Litner və coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov olan bu kitab daha öncə Azərbaycan və ərəb dillərində Bakıda, rus dilində Sankt-Peterburqda, ingilis dilində Vaşinqtonda, fransız dilində isə Parisdə işıq üzü görüb.
"Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalın ağır nəticələri" kitabında müəlliflər ilk dəfə olaraq elmi təhlillər nəticəsində işğal nəticəsində Azərbaycana dəyən maddi zərərin 431,536 milyard ABŞ dolları təşkil etdiyini sübut edərək, Azərbaycanın bu zərərə görə Ermənistandan təzminat alma hüququnun Dağlıq Qarabağ probleminin nizamlanmasında vacib aspektlərdən biri olduğunu irəli sürüblər.
ABŞ-ın keçmiş konqresmeni Solomon Ortiz Vaşinqton nəşrinə yazdığı ön sözündə kitabı belə xarakterizə edib: "Bir cilddə beynəlxalq və qanuni fəaliyyət üçün nəzərdə tutulan bu kitab törədilən vəhşiliklər və dəymiş ziyan haqqındakı ətraflı sənədləri ilə insanlığa xidmət edir".