Nazirlikdən müəllimlərin maaşı ilə bağlı - Açıqlama Hadisə

Nazirlikdən müəllimlərin maaşı ilə bağlı - Açıqlama

Bu il Azərbaycanda müəllimlərin maaşı 20 faiz artırılıb.
Bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı bu il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb.
Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı, təxminən, 5 min nəfər təşkil edib./Report/