DİM magistratura imtahanlarının statistikasını açıqladı Cəmiyyət

DİM magistratura imtahanlarının statistikasını açıqladı

Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları 15 fevral, 17 may və 14 iyun tarixlərində keçirilib.

İmtahanlarla bağlı ümumi statistik göstəriciləri və bəzi göstəricilərin ötən il keçirilən imtahanlarla müqayisəsinə aid məlumatları təqdim edirik. Nəzərinizə çatdırırıq ki, hazırki müqayisə şərti xarakter daşıyır və bakalavrlara ixtisaslaşma seçimi zamanı kömək məqsədilə təqdim olunur.

İmtahanda iştirakçılara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test tapşırığı təqdim olunub. Bakalavrların xarici dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal 100 olub.

2026-cı ildə keçirilən imtahanlarda, ümumilikdə 27859 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 26241 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 1618 nəfər daha çox olub.

Bu il imtahan iştirakçılarının orta balı (riyazi gözləmə) 45.90-dır. Ötən il müvafiq göstərici 48.26 idi.

Bu il 90 va daha yuxarı bal toplayanların sayı 26 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 244 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 1263 nəfər olub. Ötən il analoji göstəricilər 32, 381 və 2019 nəfər idi.

Aşağıdakı cədvəllərdə bakalavrların 2026 və 2025-ci illərdə keçirilən imtahanlarda topladıqları ballar üzrə histoqramlarla tanış ola bilərsiniz.

Bal intervalları

2026-cı il

2025-ci il

Bakalavrların sayı (tezliklər)

Bakalavrların sayı (tezliklər)

0 - 30

3684

3147

30 - 35

2827

2209

35 - 40

3496

2868

40 - 45

3867

3168

45 - 50

3751

3345

50 - 55

3323

3102

55 - 60

2620

2636

60 - 65

1816

2137

65 - 70

1212

1610

70 - 75

684

1031

75 - 80

335

607

80 - 85

150

255

85 - 90

68

94

90 - 95

21

27

95 - 100

5

5